Azərbaycan - Estoniya matçının biletləri satışa çıxarılır

Azərbaycan millisi iyunun 17-də AVRO-2024-ün seçmə məhələsində Estoniyanı qəbul edəcək. Newsport.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək görüşün biletləri sabahdan etibarən satışa çıxarılacaq.
 
Biletlər üç kateqoriyaya bölünüb. 1-ci kateqoriya 5 manat, 2-ci kateqoriya 2 manat, VIP üçün isə 10 manat nəzərdə tutulub.
Biletləri 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Köşk №1, Köşk №2, 1 saylı ASAN Xidmət, 2 saylı ASAN Xidmət, 3 saylı ASAN Xidmət, 4 saylı ASAN Xidmət və Sumqayıt ASAN Xidmətində əldə etmək mümkündü.
 
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right