"Mançester Yunayted" müdafiəçi ilə yollarını ayıracaq

"Mançester Yunayted" yayda klubla müqaviləsi başa çatan Aksel Tuanzebe ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, İngiltərə klubu icarə əsasında "Stok Siti"də çıxış edən 25 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinin müddətini uzatmayacaq. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-21 millisinin sabiq üzvü mövsümün sonunda azad agent statusu alacaq. "Stok Siti", "Aston Villa" və "Napoli"nin müdafiəçini transfer etmək istədiyi bildirilir.

Qeyd edək ki, Aksel Tuanzebe "Mançester Yiunayted"in yetirməsidir. Premyer Liqa təmsilçisi onu yanvar ayında "Stok Siti"yə icarəyə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right