"Kəpəz"in bir nömrəli adamı Tərlan Əhmədovun şərtlərini qəbul etmədi

Ötən ilin payızında "Kəpəz"in sükanı arxasına keçən Tərlan Əhmədovun yeni mövsümü burada keçirməsi sual altına düşüb.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, mövcud kontraktı sezonun sonunda bitəcək baş məşqçinin müqaviləni uzatmaqla bağlı rəhbərliklə apardığı danışıqların ilkin raundu uğursuz nəticələnib.

Komandanı Premyer Liqada saxlamaq tapşırığını yerinə yetirən mütəxəssisin irəli sürdüyü şərtlər İdarə Heyətinin sədri İlqar Nadiri tərəfindən qəbul görməyib.

Klubun bir nömrəli şəxsi çalışdırıcının tələblərini yerinə yetirməkdən imtina edib.

Əhmədov istəyirdi ki, əməkhaqqısı artırılsın, transfer büdcəsi tamamilə onun ixtiyarına verilsin, yeni futbolçuların alınması prosesinə heç kim qarışmasın.

O. həmçinin bəzi şəxslərin klubun idarəçiliyindən uzaqlaşdırılmasını şərt olaraq irəli sürüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right