Avro 2017-nin seçmə mərhələsində futbol üzrə 21 yaşlılardan ibarət milli komandamız “Dalğa Arena”da Avstriya milli komandasına 2-0 hesabı ilə məğlub oldu.
Qarşılaşmadan sonra Avstriya milli komandasının baş məşqçisi Verner Qriqoreviç Newsport.az saytına açıqlamasında qarşılaşma haqqında danışıb: “Bizim üçün çətin qarşılaşma oldu. Baxmayaraq ilk hissədə 2-0 hesabıilə qalib gəlsək də, gərgin oyun baş tutdu. Biz bilirdik ki, Azərbaycan millisi sona qədər mübarizə aparacaq. Qələbəyə görə, komandamı təbrik edirəm.”