"Qarabağ" 10-cu dəfə Azərbaycan çempionu oldu

Qarabağ" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Səbail"in qonağı olub.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi bu görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv çempionluğu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 10-cu çempionluğudur.

Xallarını 87-yə yüksəldən "Qarabağ" mövsümün bitməyinə 2 tur qalmış ən yaxın izləyicisi "Sabah"ı 10 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right