"Qarabağ"ın daha bir futbolçusu üçün mövsüm erkən bitdi

Yasin Benziadan sonra "Qarabağ"ın daha bir futbolçusu üçün mövsüm erkən başa çatıb.

Newsport.az xəbər verir ki, söhbət Adama Diakabidən gedir. Fransalı vinger zədə səbəbindən son üç turda komandasına kömək edə bilməyəcək. O, yeni mövsüm öncəsi Ağdam təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" Adama Diakabini qış fasiləsi zamanı heyətinə qatıb. 26 yaşlı oyunçu komandanın heyətində 8 qarşılaşmada meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right