"Turan Tovuz" "Qəbələ"ni, "Qarabağ" "Səbail"i məğlub etdi Yenilənib

Mayın 11-də Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.

Newsport.az xəbər verir ki, turun ilk matçı Zirədə baş tutub.

Avrokuboklara vəsiqə qazanmaq şansı azalan “Zirə” “Kəpəz”lə üz-üzə gəlib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun daha iki oyunu bu gün keçirilib. Əvvəlcə Qəbələdə eyniadlı komanda ilə “Turan Tovuz” münasibətinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyunda Tovuz təmsilçisi qələbəyə sevinib.

Günün son matçında “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olub. Hazırda 84 xalla turnir cədvəlinə başçılıq edən “köhlən atlar” qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcəkdi. Ağdam təmsilçisi buna matçın sonlarında vurduğu 3 cavabsız qolla nail olub.

Turun qalan oyunları mayın 14-də və 17-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXXIV tur

13 may

18:00. "Qəbələ" - "Turan Tovuz" 1:2

Qol: Sadiq Quliyev, 54 (0:1), Rafael Utziq, 61 (1:1), Siyanda Xulu, 90+4

Qırmızı vərəqə: Urfan Abbasov, 56-iki sarı vərəqə ("Qəbələ")
Qəbələ şəhər stadionu
Əvvəlki oyunlar: 2:0, 0:0, 1:1
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

20:30. "Səbail" - "Qarabağ" 0:3

Qol: Bəhlul Mustafazadə, 71, Ramiş Şeydayev, 77(pen.), 86
"ASCO Arena"
Əvvəlki oyunlar: 1:3, 0:3, 0:3
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right