Avro 2016-nın seçmə mərhələsi çərçivəsində "Bakcell Arena”da Xorvatiya millisi ilə qarşılaşan millimiz , adlı-sanlı rəqibindən 1 xal almağı bacardı.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra millimizin aparıcı siması Rahid Əmirquliyev qarşılaşma haqqında fikirlərini bildirib. Xorvatiyaya qarşı 90 dəqiqə mübarizə aparan Rahid oyunu belə dəyərləndirib: "Biz dünaynın ən güclü komandalarından birinə qarşı oynadıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Həqiqətən də bunu bacardığımızı deyə bilərəm. Etiraf etməliyəm ki, ilk hissədə az olsa da, həyəcanımız var idi. Fasilədə baş məşqçimiz bizə sakit oynamağı və özümüzü ələ almağı tapşırdı. Bunun üçün əlimizdən gələni etdik. Hətta qələbə üçün oynadıq. Bu bərabərlikdən sonra, Malta yüksək əhval-ruhiyyə ilə gedirik. Səfərdən 3 xalla dönməyə çalışacağıq.”
Qeyd edək ki, Malta - Azərbaycan oyunu sentyabrın 6-da keçiriləcək.