"Sabah"ın bir futbolçusu "Beşiktaş"a qarşı oynamayacaq

"Sabah"ın bir futbolçusu "Beşiktaş"la keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görəMasazır təmsilçisinin mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, müdafiəçi Zurab Oçiqava bu görüşdə komandasına kömək edə bilməyəcək. Ukraynalı arxa xətt oyunçusu zədəlidir. Digər futbolçular isə oynamağa hazırdır.

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right