“Qarabağ” dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan klublarından yenə yalnız "Qarabağ"ın adı var.

141 xalla 67-ci sırada qərarlaşan Ağdam klubu ötən ayla müqayisədə 5 pillə geriləyib. Komanda Avropada 46-cı sıradadır. Postsovet ölkələrinin təmsilçiləri arasında isə "Qarabağ" birincidir.

Siyahıya 320 xalla İspaniya“Real"ı başçılıq edir. “Flamenqo” (Braziliya – 295 xal) ikinci, "Mançester Siti” (İngiltərə - 254) isə üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right