“Qarabağ”ın mərhum futbolçusu bütün yarışlarda anılacaq

Məşqdə ürəyi dayanan, əməliyyat olunmasına baxmayaraq, dünyasını dəyişən “Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Həsənzadənin xatirəsi bu həftə keçirilən bütün oyunlarda yad olunacaq.

Mərhum futbolçunun xatirəsi AFFA bayrağı altında keçirilən bütün yarışlarda – Premyer Liqa, I Divizion və aşağı liqaların oyunlarında bir dəqiqəlik sükutla anılacaq.

Qeyd edək ki, 20 yaşlı Şirxan Həsənzadə mayın 8-i gecə vəfat edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right