AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiya ilə qarşılaşıb.
Newsport.az-ın məlumatına görə, "Bakcell Arena”da keçirilmiş oyunda qolsuz bərabərlik qeydə alınıb. Qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin paltardəyişmə otağına gedərək komandanı əzmkar oyun və güclü rəqib qarşısında qazanılmış xal münasibətilə təbrik edib, qarşıdakı oyunlarda futbolçularımıza uğurlar arzulayıb.