"Vacib işin öhdəsindən gəlməyi bacardıq" - Vüqar Nadirov

Oyun çox çətin oldu. Adlı – sanlı rəqibimə qarşı yaxşı mçübarizə apardıq.
Bu sözlər Newsport.az-a açıqlamasında futbol üzrə milli komandamızın forvardı Vüqar Nadirva məxsusdur.

Avro 2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Xorvatiya matçındansonra danışan Nadirov oyunu belə dəyərləndirib: "Bizm üçün həqiqətən çətin  oldu. Amma biz vacib işin öhdəsindən gəlməyi bacardıq. Xalqımızı 1 xala görə təbrik edirəm.”
Vüqar qarşılaşmanın son dəqiqələrində hücuma keçməməyindən də danışıb: "Rəqibi əks hücumda tutmaq istəyirdim. Mənə verilən tapşırıq cərimə meydançasına az  daxil olmaq idi.”
 
Vüqar həmçinin bir neçə gün sonra Malta milli komandası ilə səfərdə baş tutyacaq qarşılaşma barədə də fikir bildirib: "Oyuna yaxşı hazırlaşacağıq.  Qələbəyə ümid edirik. İnşallah yaxşı nəticə qazanacağıq. Xorvatiya ilə oyunda qazandığımız bir xal, bizi Malta ilə oyunda arxayınlaşdırmayacaq.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right