"Qəbələ" braziliyalının müqavilə müddətini uzatmağı planlaşdırır

"Qəbələ" aparıcı futbolçularından olan Felipe Santosu komandada saxlamağa çalışacaq.

Newsport.az-ın məlumatına görə, bölgə klubunun rəhbərliyi braziliyalı vingerlə müqavilə müddətini artırmaq haqda düşünür.

Bunun üçün Felipe ilə bu haqda danışıqlar aparılacaq. Santosun yeni mövsüm "Qəbələ"də qalıb-qalmayacağı ölkə kubokunun final görüşündən sonra bəlli olacaq.

Təcrübəli futbolçu “Palmeyras”, “Ankaran”,  “Maribor”(hər ikisi Sloveniya) və “Şamaxı” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right