"Turan Tovuz" yayda heyətdə bəzi dəyişikliklər edəcək.
Newsport.az-ın məlumatına görə, Qərb təmsilçisi yayda heyətə cəlb edilən legionerlərdən biri ilə yollarını ayıracaq.
Belə ki, Tovuz klubu Henri Okebuqvu ilə yoluna davam etmək niyyətində deyil. 24 yaşlı futbolçu ümidləri doğrultmadığına görə, yeni mövsüm üçün ona ehtiyac duyulmayacaq.
Azərbaycana gələnə qədər Albaniyada “Eqnatiya”, “Partizani”, “Kastrioti” klublarında oynamış nigeriyalıdan öncə Ben Aziz Daonun da "Turan Tovuz"dan göndəriləcəyi dəqiqləşmişdi.