"Kəpəz” Topaz Premyer Liqasının IV turunun hazırlıqlarını Yevlaxda davam etdirir.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi hazırlıq planı çərçivəsində yoxlama oyunu keçirib. Gəncəlilərin rəqibi I Divizionda mübarizə aparan "Şəmkir”olub.Qərb derbisində ümumilikdə 5 qol vurulub. Qarşılaşma "Kəpəz”in 3-2hesablı qələbəsi ilə başa çatıb. "Kəpəz”in qollarından ikisini ukraynalı Aleksandr Sitnik,digərinə isə Tural Axundov imza atıblar.