Nazim Süleymanov: "Bizim vəzifəmiz futbolçu yetişdirməkdir”

“Ximki”nin U-19 komandasının azərbaycanlı baş məşqçisi Nazim Süleymanov Rusiya çempionatının 16-cı turunda "Nijni Novqorod"la heç-heçə etmələri barədə danışıb.

Newsport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Bərabər oyun oldu. Komandamdan razı qaldım. Futbolçulara təşəkkür etmək istərdim ki, məşqdə verdiyim tapşırığı dəqiq yerinə yetirdilər. Oyunu müdafiədən qurmuşduq. Əksər matçlarımızı süni örtüklü meydançalarda keçiririk, amma bu dəfə təbii meydançada oynadıq. Uşaqlar sona qədər mübarizə apardılar. Rəqibdən daha çox şansımız oldu. Təbii ki, əskiklərimiz və görəcəyimiz işlər çoxdur. Bizim vəzifəmiz əsas və gənclərdən ibarət komandalar üçün gənc futbolçular yetişdirməkdir”.

Qeyd edək ki, "Ximki" -19 hazırda turnir cədvəlində 21 xalla 5-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right