"Neftçi"yə qol vuran legioner: "Xəyal qurmağa davam edirik" Foto

"Turan Tovuz"un müdafiəçiri Roderik Miller instaqram səhifəsində paylaşım edib.

Newsport.az xəbər verir ki, Misli Premyer Liqasının 33-cü turunun "Neftçi" ilə görüşündə Tovuz klubunun qollarından birinin müəllifi olan panamalı sosial şəbəkədə bunları yazıb:

"Allah heç kimə yalnış yuxu göstərmir. Gələcək üçün xəyal qurmağa və hər gün mübarizə aparmağa davam edirik. Qol vurduğuma və vacib qələbəyə görə Allaha şükürlər olsun".

Xatırladaq ki, 31 yaşlı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right