Premyer Liqanın fransalı legioneri: "Qarabağ"dan təklif gəlsəydi, xoşbəxt olardım"

"Zirə"nin yarımmüdafiəçisi Hamidu Keytanın adı tez-tez "Qarabağ"la hallanır. Futbolçunun Ağdam klubuna keçidi gündəmə gəlir. Onun adıçəkilən klubdan təklif alıb-almadığını öyrənmək üçün özünə müraciət etdik.

Newsport.az-ın məlumatına görəSportal.az saytına açıqlama verən Keyta "Qarabağ"da oynamağa müsbət yanaşdığını bildirib:

"Qarabağ"dan təklif gəlsəydi, xoşbəxt və məmnun olardım. Hər halda, söhbət Azərbaycanın ən yaxşı komandasından gedir. Belə təklif olsa, gedib və ya qalmaqla bağlı düşünərdim”.

Xatırladaq ki, Hamidu martın 26-da “Qarabağ”ın "Qalatasaray"a qarşı oynadığı xeyriyyə matçında iştirak etmişdi. O, Ağdam klubunun heyətində ikinci yarıda meydana çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right