Malta – Azərbaycan: hakimlər müəyyənləşdi

"Avro-2016"nın seçmə mərhələsində sentyabrın 6-da keçiriləcək Malta - Azərbaycan matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Maksimilian Kolbitş və Andreas Ştaudinger köməklik edəcək. Andreas Haydenrayx isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Ta Qali şəhərində keçiriləcək Malta - Azərbaycan Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right