“Sabah” - “Beşiktaş” oyununun biletlərinin qiyməti açıqlandı

“Sabah” və “Beşiktaş” arasında  keçiriləcək yoldaşlıq oyununa bilet satışları başlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, biletləri bu gündən “Iticket”in, sabahdan etibarən isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından da əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.

“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right