"Heydər Əliyev-100" Beynəlxalq Minifutbol Turniri: Millimiz yarımfinalda uduzdu

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off matçlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi Fransa ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv qrupda Çexiya (0:0) və Serbiya ilə (0:0) bərabərə qalıb, İtaliya (2:0) və Gürcüstana (2:0) qalib gəlmişdi. 

Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin Fransa ilə matçına saat 11:00-da start verilib. Yığmamız rəqibini 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Millimiz bu gün saat 20:00-da yarımfinal görüşündə Serbiya yığması ilə qarşılaşacaq.

Beynəlxalq Minifutbol Turniri

Pley-off mərhələsi

5 may

11:00 Azərbaycan - Fransa 3:2

Qollar: Elvin Əlizadə 28, Təhmuraz 34, Axundov 37

Yarımfinal mərhələsi

20:00. Azərbaycan - Serbiya 2:3





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right