Millimiz ikinci oyunda da Türkiyəyə məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.

Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah – mayın 5-də keçiriləcək. İlk qarşılaşmada isə Türkiyə yığması 4:3 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right