“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimiz qrup üçüncüsü oldu

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinin son matçları keçirilib. 

Newsport.az xəbər verir ki, dörd oyun oynanılıb. Millimiz A qrupunda Serbiya ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv bundan əvvəl Çexiya ilə bərabərə qalıb (0:0), İtaliya (2:0) və Gürcüstanı (2:0) məğlub edib.

Azərbaycan millisi qrupu 8 xalla üçüncü pillədə tamamlayıb. Yığmamız mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

A qrupu

17:30. İtaliya – Çexiya 1:3
19:00. Azərbaycan – Serbiya 0:0

Serbiya 8 xal, Çexiya 8 xal, Azərbaycan 8 xal, Gürcüstan 3 xal, İtaliya 0

B qrupu

14:30. CAR – Türkiyə 2:10
16:00. Fransa - Qazaxıstan 1:3

Qazaxıstan 9 xal, Fransa 7 xal, Ukrayna 7 xal, Türkiyə 6 xal, CAR  0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right