Rəşad Sadıqov: Xorvatiya ilə matçı 10 ay idi gözləyirdim

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra sonra fikirlərini açıqlayıb.

 Newsport.az-ın məlumatına görəaçıqlamasında o, bunları söyləyib:

- Dünya səviyyəli futbolçulara qarşı oynayırdıq. 10 ay idi ki, xorvatlarla oyunu gözləyirdim. Düzdür, biz Osiyekdəki məğlubiyyətin əvəzini qələbə ilə çıxa bilmədik. Amma ən az yaxşı oyun göstərməyə çalışdıq və uduzmadıq.

- 10 aylıq gözləntiləriniz özünü doğrultdu?
- 0:6 hesablı məğlubiyyətdən sonra çox adam bizdən incimişdi. Həmin məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni etdik. Ola bilsin ki, alınmadı. Amma rəqib də Xorvatiya idi. Bir xal qazandığımız üçün də şadam.

- Sizi adətən çox sevinən görməmişik. Amma bu gün doğrudan da sevinclisiniz...
- Başa düşürəm ki, artıq 33 yaşım var. Yığmada yenə oynamaq imkanımın olub-olmayacağını bilmirəm. Karyeramın sonunda bütün uğurlar mənə şirin gəlir. Mənim üçün hər bir nəticə önəmlidir. Ona görə də sevinirəm.

- Arif Daşdəmirova çox irad tuturdunuz...
- Bilirdim ki, bu barədə sual verəcəksiniz. Meydanda bir-birimizi eşitmək çətin idi. Ona görə də qışqırmalı olacaqdım. O, mənim qardaşımdır, aramızda heç bir problem yoxdur, ola da bilməz.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right