“Bakı”nın sabiq futbolçusu Serxio Kontreras Pardo 6 il müddətinə azadlıqdan məhrum edilib.
Newsport.az "Sofoot"a istinadən xəbər verir ki, buna onun narkotik ticarəti ilə məşğul olması səbəb olub. O, Avropada narkotik maddələri idxal edən dəstənin üzvü olduğunu etiraf edib
Onun 16 illik həbsi tələb olunsa da, aidiyyəti şəxs faktları etiraf etdikdən sonra bu müddət 6 ilə endirilib. Koke ləqəbli futbolçu ilə yanaşı, 17 nəfər də həbs edilib.
Serxio Kontreras Pardo ilk dəfə 2020-ci ildə narkotik alverində iştirakına görə həbs edilib. Buna görə o, bir il səkkiz ay həbs cəzası çəkib və 2021-ci ilin iyulunda şərti azadlığa buraxılıb.
Qeyd edək ki, 2012-ci ilin fevralından iyununa qədər “Bakı"da oynayan Koke “Malaqa”, “Marsel”, “Sportinq”, “Rayo Valyekano” kimi klublarda da çıxış edib.