“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimiz qrupda son oyununa çıxır

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinin son matçları oynanılacaq.

Newsport.az xəbər verir ki, son gündə 4 görüş keçiriləcək. Azərbaycan millisi A qrupunda Serbiya ilə üz-üzə gələcək. Yığmamız bunadək Çexiya ilə heç-heçə (0:0) edib, İtaliya (2:0) və Gürcüstana (2:0) qalib gəlib. 

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu

17:30. İtaliya – Çexiya
19:00. Azərbaycan – Serbiya

Xal durumu: Azərbaycan - 7 xal (3 oyun), Serbiya - 7 (3), Çexiya - 5 (3), Gürcüstan - 3 (4), İtaliya - 0 (2).

B qrupu

14:30. CAR – Türkiyə
16:00. Fransa - Qazaxıstan

Xal durumu: Fransa - 7 (3), Ukrayna - 7 (4), Qazaxıstan - 6 (3), Türkiyə - 3 (3), CAR - 0 (3).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right