Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha 6 oyun keçirilib.
Newsport.az xəbər verir ki, A qrupunda millimiz son oyununa çıxıb. Komandamız Gürcüstanla qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Millimiz bundan əvvəl Çexiya ilə heç-heçə (0:0) edib, İtaliyaya qalib (2:0) gəlib.
Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda qarşılaşacaqlar.
Xatırladaq ki, bütün matçlar Bakı Tennis Akademiyasında keçirilir.
3 may
A qrupu
12:30. Gürcüstan – Çexiya - 3:6
15:30. Serbiya – İtaliya - 9:3
20:30. Azərbaycan – Gürcüstan - 2:0
Xal durumu: Azərbaycan - 7 xal (3 oyun), Serbiya - 7 (3), Çexiya - 5 (3), Gürcüstan - 3 (4), İtaliya - 0 (2).
B qrupu
11:00. Ukrayna – CAR - 6:1
14:00. Türkiyə - Qazaxıstan - 2:0
19:00. Ukrayna – Fransa - 2:2
Xal durumu: Fransa - 7 (3), Ukrayna - 7 (4), Qazaxıstan - 6 (3), Türkiyə - 3 (3), CAR - 0 (3