Premyer Liqada iştirak edəcək klubda məşqçi təyinatı baş tutacaq

Yeni mövsümdən Premyer Liqada mübarizə aparmaq haqqı qazanan "Araz Naxçıvan"ın baş məşqçi postunda dəyişiklik olmayacaq.

Newsport.az-ın məlumatına görə, Naxçıvan təmsilçisinin rəhbərliyi birinci divizionda komandaya uğur qazandıran Azər Bağırovla işbirliyinə davam edəcək.

Saytımıza verilən məlumata görə, "Araz Naxçıvan"ın məşqçilər korpusunda Azər bəyin qardaşı Araz Bağırov da yer alacaq.

"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarında işləmişə B kateqoriyalı məşqçinin yeni mövsümdən qardaşının köməkçisi vəzifəsində çalışacağı gözlənilir.

Sportal.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right