Bu ilin yanvar ayında qolu qırılan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev tam sağalıb.
Newsport.az-ın məlumatına görə, millimizin də üzvü olan qolkiper Misli Premyer Liqasının 32-ci turunda bu gün "Neftçi" ilə keçiriləcək oyun üçün start heyətdə yer alıb.
"Neftçi" - "Qarabağ" matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Şahruddinin yanvar ayında komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı qolu sınmışdı. Qapıçı daha sonra Almaniyada əməliyyat olunub.