Millimiz İtaliyaya qalib gəlib qrup lideri oldu Yenilənib

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün turnirin növbəti matçları oynanılıb. Bakı Tennis Akademiyasında 6 qarşılaşma keçirilib.

A və B qruplarında əvvəlcə 2-ci turun matçları, daha sonra isə hər qrupda 3-cü turun bir görüşü təşkil edilib. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması 2 oyun keçirib.

A qrupunda mübarizə aparan, ilk turda Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan millisi günün son qarşılaşmasında İtaliya seçməsi ilə üz-üzə gəlib. 2:0 hesablı qələbə qazanan yığmamız xallarını 4-ə çatdıraraq qrup lideri olub.

Xatırladaq ki, millimiz ilk turda Çexiya ilə qolsuz heç-heçə edib.

Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu

İtaliya – Gürcüstan - 2:4

Serbiya – Çexiya - 2:2

Azərbaycan – İtaliya - 2:0

Qollar: Rəvan Kərimov, 26, Mirmehdi Rzayev, 46

Xal durumu: Azərbaycan - 4 xal (2 oyun), Serbiya - 4 (2), Gürcüstan - 3 (2), Çexiya - 2 (2), İtaliya - 0 (2).

B qrupu

Türkiyə - Ukrayna - 2:3

Qazaxıstan – CAR - 5:1

Türkiyə - Fransa - 0:4

Xal durumu: Fransa - 6 (2), Qazaxıstan - 6 (2), Ukrayna - 3 (2), Türkiyə - 0 (2), CAR - 0 (2).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right