Bu gün Avropa Çempionatının (AÇ-2016) seçmə mərhələsi çərçivəsində VII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə,Xorvatiya millisinin futbolçusu Luka Modriç "Avro-2016"nın seçmə mərhələsində yığmamızla 0:0 bərabərə qaldıqları oyundan sonra bunları deyib:
"Yaxşı oynaya bilmәdik. Müәyyәn sәhvlәr etdik. Bu sәhvlәrә baxıb, nәticә çıxarmaq lazımdı. Azәrbaycan millisinin dә әmәyini qiymәtlәndirmәk lazımdı. Onlar bizә qarşı yaxşı oynadılar. Hәr hansı futbolçunu qeyd etmәk istәmәzdim. Komanda şәklindә yaxşı çıxış etdilәr"
Xorvat ulduz "Bәlkә, gücünüzü Norveçlә oyun saxlamısız"sualına belә cavab verib: "Yox , qәtiyyәn belә düşünmürәm. Bu oyunda qәlәbә qazanmalıydıq ki, Norveçlә oyuna rahat çıxaq".
Modriç qeyd edib ki, Prosineçki Xorvatiya millisini tanısa da, oyunu futbolçular oynayıb: "Prosineçki yaxşl komanda qurub. Amma meydanda futbolçular oynadı".