Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün daha bir oyun keçirilib.
Newsport.az xəbər verir ki, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında üz-üzə gəliblər.
İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan seçməsi bu dəfə meydanı qalib kimi tərk edib – 4:2.
Bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları da keçiriləcək. B qrupunda isə Qazaxıstan – Cənubi Afrika və Türkiyə – Fransa görüşləri olacaq.