Novruzovun komandasından ilk qələbə

Litva çempionatında 8-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Jalgiris 2” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun “Yonava”nın qələbəsi ilə başa çatıb – 3:1.

Nurlan bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Yonava” 8 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right