Azərbaycan Premyer Liqasında XXXII turun son oyununun bütün təyinatları müəyyənləşib. Newsport.az xəbər verir ki, əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək görüşün VAR hakimi açıqlanıb.
Azərbaycan derbisində Cavid Cəlilov VAR-da baş hakimə köməklik göstərəcək. Görüşə AVAR kimi isə Eyyub İbrahimov təyin olunub. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 20:00-da başlayacaq.