Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.
Turun son matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında keçiriləcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzub. “Qəbələ” evdə “Səbail”ə 4:2 hesabıyla qalib gəlibsə, “Zirə” “Turan Tovuz”a 1:3 hesabıyla məğlub olub.
Azərbaycan Premyer Liqası
XXXII tur
2 may
20:00 "Neftçi" - "Qarabağ" 2:4
Qollar: Mateus Saldanya, 40, Emin Mahmudov, 64 (pen) - Ramil Şeydayev, 10, Leandro Andrade, 16, Kevin Medina, 54, Abdullah Zubir, 80
"Bakcell Arena"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov