Yunanıstan klubu Əliyar Ağayevin idarəçiliyindən şikayətçi olub

Yunanıstan klubu “Aris” azərbaycanlı FIFA referisi Əliyar Ağayevin Super Liqanın XXXIII turunda PAOK-la keçirilən oyundakı idarəçiliyindən şikayətçi olub.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən komanda 2:3 hesabı ilə məğlub olduğu qarşılaşma ilə bağlı bəyanat yayıb.

Bəyanatda Saloniki təmsilçisi Azərbaycandan olan hakimlər briqadasının onları uduzdurduğunu iddia edib: “Eyni şeyi deməkdən bezmişik. Azərbaycandan gələn hakimlə hansı konsolidasiyadan danışa bilərik? “Tumba” stadionunda daha bir gözəl “layihə” gördük. 30-cu dəqiqədə referi yüz faizlik penaltimizi və rəqibin müdafiəçisinə qırmızı vərəqəni vermədi. Qəribəsi odur ki, VAR-da oturan həmyerlisi (Kamal Umudlu) də epizod barədə ona heç nə demədi. Bu, açıq-aşkar saxtakarlıqdır. Çünki 30-cu dəqiqədə penalti və qırmızı vərəqə qərarı matçın axarını dəyişəcəkdi”.

Klub rəhbərliyi, həmçinin, hücumçuları Abubakar Kamaranın 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından da narazılıq bildirib: “Azərbaycandan olan briqada Kamaraya qırmızı vərəqə göstərməklə PAOK-a kömək etdi. Referi həmin anda oyunçuları sakitləşdirmək əvəzinə onları təhrik etdi. Onlar missiyanı bir daha yerinə yetirdilər”.

Qeyd edək ki, Əliyar Ağayev qarşılaşmada PAOK-un futbolçularına 5 sarı, “Aris” oyunçularına isə 2 sarı, 1 qırmızı vərəqə göstərib. PAOK ikinci qolu penaltidən vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right