“Neftçi”nin sabiq futbolçusu Kiril Petrov Polşada diqqət mərkəzinə düşüb. Newsport.az saytı xəbər verir ki, ukraynalı müdafiəçi “Korona”nın heyətində qeyri-adi qola imza atıb.
33 yaşlı mərkəz müdafiəçisi Polşa Ekstraklasasının XXX turunda “Stal”la səfər görüşünün 9-cu dəqiqəsində qapıçının irəli çıxdığını görərək, meydanın mərkəzindən onu məyus edib. Petrovun hesabı açmasına baxmayaraq, “Korona” qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, Kirill Petrov 2017-2019-cu illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.