Quliyevli “Ximki” darmadağına üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.
 
Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək oynayıb.
 
“Ximki” 25 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right