Musa Ferstappenlə görüşdü

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Formula 1 pilotu, “Red Bull” komandasının üzvü Maks Ferstappenlə görüşüb.

Newsport.az xəbər verir ki, bu barədə forvard instaqram hesabında paylaşım edib. Futbolçu paylaşıma “çempionla görüşmək və söhbət etmək gözəl idi” şərhini yazıb.

Qeyd edək ki, Maks Ferstappen ötən gün Bakıda keçirilən Formula 1 yarışında 2-ci yeri tutub. Ferstappen Avstriyanın “Red Bull” komandasının üzvüdür. Musa isə bu şirkətin qlobal atletləri sırasına daxil edib. O, “Red Bull” markasının ambassadoru və simasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right