"Xəzər Lənkəran"ın yeni transferi sıradan çıxdı

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bir müddət hazırlıq keçdikdən sonra istirahətə buraxılıb.
 
Newsport.az-ın məlumatına görə,əyalət təmsilçisi sentyabrın 5-dən hazırlıqlarına davam edəcək. 

Heyətlə bağlı komandada ciddi itki yoxdu. Yalnız yeni transfer Dieqo Souza sıradan çıxıb. Lakin brazilyalı yarımmüdafiəçinin zədəsi elə də ciddi deyil.Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə,o,sentiyabırın 5-i məşqlərə başlayacaq və ayın12-də Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"la oyuna kimi sağalacağı gözlənilir. 

Qeyd edək ki, cənublular bir neçə gün öncə əvəzedici komandası ilə yoxlama matçında qüvvəsini sınamışdı. Qarşılaşma əsas komandanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right