AFFA Premyer Liqa klubunu Xaçmaza köçürür Adı “Nabran” olacaq

AFFA rəhbərliyi “Səbail” klubu ilə bağlı yeni planını həyata keçirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, hazırda Bakıda məskunlaşan Premyer Liqa təmsilçisinin Xaçmaza köçürülməsi planlaşdırılıb. Komanda Xaçmazda məskunlaşandan sonra adı da dəyişdiriləcək. Belə ki, “Səbail” “Nabran” adı altında mübarizə aparacaq. Bütün bunların 2024/25 mövsümündə həyata keçirilməsi nəzərdə tutulub.

“Səbail” hazırda Premyer Liqada 31 turdan sonra 22 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. Komandanın elitanı tərk etmək ehtimalı kifayət qədər çoxdur. Amma buna baxmayaraq, “Səbail” hansı liqada mübarizə aparır-aparsın, Xaçmaza köçürülməsi baş tutacaq.

“Səbail” 20216-cı ildə yaradılıb. Klubun maliyyəsinin çoxu AFFA-ya bağlıdır. Komanda hazırda ev oyunlarını “ASCO Arena”da keçirir.

Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right