“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin vəziyyəti yaxşılığa doğru gedir.
Newsport.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı müdafiəçi komadan çıxıb. Həkimlər onu ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırıblar. Amma futbolçu hələlik tam oyadılmayıb.
Aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Şirxan Hüseynzadənin halı pisləşib. Həmin vaxtdan bəri, o, Bakıdakı klinikaların birində ECMO cihazına qoşulmuşdu.