Apellyasiya Arbitraj Tribunalı "Turan Tovuz"un qapıçısı ilə bağlı qərar verdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Turan Tovuz"un qapıçısı Kamal Bayramovla bağlı qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı qolkiperə verilən 3 oyunluq cəza 2-yə endirilib və sınaq müddəti təyin olunub:

“Turan Tovuz” Peşəkar Futbol Klubunun qapıçısı Kamal Bayramov barəsində qəbul edilmiş İntizam Komitəsinin qərarının 3 oyun oyunlardan kənarlaşdırılmasına dair sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılsın (İM-nin 31.1-ci maddəsi) və buna görə 6 ay sınaq müddəti təyin olunsun (İM-nin 31.2-ci maddəsi)

Sınaq dövründə oyunçu qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsinin avtomatik olaraq bərpa olunacağı və yeni sanksiyanın əvvəlki sanksiyaya tam şəkildə əlavə olunacağı maraqlı tərəflərin nəzərinə çatdırılsın. (İM-nin 31.3-cü maddəsi)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right