17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Yunanıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız əvvəlki görüşlərdə Ukraynaya (0:4) və Rumıniyaya (0:4) məğlub olmuşdu.