Əliyar Ağayev Yunanıstan Super Liqasına təyinat aldı

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasına təyinat alıb.

Newsport.az xəbər verir ki, FIFA referisi PAOK - "Aris" qarşılaşmasını idarə edəcək. Bu barədə Super liqanın rəsmi saytında məlumat verilib.

Ağayevə yan xətt hakimləri Akif Əmirəli ilə Zeynal Zeynalov kömək edəcək. VAR-da isə Kamal Umudlu olacaq.

Qeyd edək ki, PAOK - "Aris" matçı 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right