“ASCO Arena”ya kimlər gedir?

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin “Səbail”lə “Qəbələ” arasında keçiriləcək cavab oyununun VAR təyinatları müəyyənləşib. Newsport.az saytı xəbər verir ki, “ASCO Arena”dakı görüşdə VAR-a Cavid Cəlilov nəzarət edəcək.
 
Qarşılaşmaya AVAR kimi isə Eyyub İbrahimov təyinat alıb. Görşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
 
Qeyd edək ki, bu gün keçiriləcək “Səbail” - “Qəbələ” oyunu saat 20:00-da başlayacaq. Qəbələdəki ilk matçda eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right