Azərbaycan Kuboku: "Qəbələ" finalda Yenilənib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Səbail”lə “Qəbələ” arasında baş tutacaq.

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə “Qəbələ”yə finala vəsiqə qazanmaq üçün heç-heçə də yetərlidir. “Səbail” isə tarixində ilk dəfə finala çıxmaq üçün mütləq inamlı qələbə lazımdır.

Xatırladaq ki, “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” artıq finaldadır.

Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
27 aprel

“Səbail” – “Qəbələ” 0:1

Qol: İsnik Alimi, 49 (pen)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 20:00.
İlk oyun – 2:3.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right