"Sabah"ın baş məşqçisi üçün əlamətdar matç

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

Newsport.az xəbər verir ki, "Sabah" bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Tovuz şəhər stadionunda keçirilən və Masazır təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnən matç Murad Musayev üçün əlamətdar olub.

Belə ki, Musayev bu qarşılaşmada “Sabah”ın “sükanı arxasında” Premyer Liqada 50-ci görüşünü keçirib. "Sabah" rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb (9 heç-heçə, 9 məğlubiyyət).

("Sabah" klubunun rəsmi saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right