Azərbaycan millisinin hücumçusu Renat Dadaşov çıxış etdiyi İsveçrə "Qrasshoppers"inin ən intizamsız futbolçusudur.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı forvard cari mövsümdə 9 dəfə sarı vərəqə görüb. O, bu göstəriciyə 27 oyunda çatıb.
İntizamsızlıq baxımından hərəyə 6 xəbərdarlıqla Bendequz Bolla və Amir Abraşi 2-3-cü yerləri bölüşdürürlər.
Azərbaycanlı hücumçu, həmçinin, "Qrasshoppers"in heyətində ən çox qol vuran 2 oyunçudan biridir. Dadaşovun aktivində 8 top var. Yaponiyalı yarımmüdafiəçi Kavabe Hayao da eyni sayda qola imza atıb.